2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Naxçıvanın muxtariyyəti ləğv edilir – Vasif Talıbov qurban verilir

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov karyerasının son akkordlarını vurur. 24saat.org xəbər verir ki, Ali Məclis sədrinin yaxın vaxtlarda istefaya göndəriləcəyi iddia olunur. Onu əvəzləyəcək şəxs isə olmayacaq.

İddialara görə, Vasif Talıbovun istefası referendumla mümkün olacaq. Ehtimal olunur ki,ümumxalq səsverməsi nəticəsində Naxçıvanın muxtariyyəti ləğv olunacaq. Bununla da Vasif Talıbovun karyerasına son qoyulacaq.

Lakin Naxçıvanın muxtariyyətinin ləğvi məhz Vasif Talıbovun istefaya göndərlməsi ilə bağlı deyil.

Saytların yığılması Saytlarin yigilmasi

"<yoastmark

Bildirilir ki, yaxın vaxtlarda Azərbaycanda inzibati ərazi bölgüsü ilə bağlı mühüm dəyişikliklər həyata keçiriləcək. İcra hakimiyyətləri ləğv olunacaq. Rayonlar əyalət, yaxud quberniya şəklində birləşdirilicək. Rəbərlik isə seçki vasitəsilə müəyyən ediləcək. Bu prosesdə Naxçıvanın da muxtariyyətinin ləğvi təklif olunur. Bu, həm də Azərbaycanın Qarabağla bağlı apardığı siyasətlə əlaqədardır. 44 günlük müharibəki qələbədən sonra Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Qarabağda hər hansı statusdan söhbət gedə bilməz. Baxmayaraq ki, ermənilər və onların havadarları bu məsələni gündəmdə saxlayırlar. ATƏT Minsk Qrupunun hələ də saxlanılması, danışıqlar bu təsisat çərçivsəsində aparılması üçün Bakıya təzyiqlər edilməsi əslində Qarabağda ermənilərin istəyini təmin etməkdir. Əgər əvvəllər söhbət Qarabağda müstəqil dövlətdən gedirdisə, indi muxtariyyət məsələsi ortaya atılıb. Bu isə Azərbaycanın Konstitusiyasına ziddir. Konstitusiyada qeyd edilib ki, Azərbaycan unitar dövlətdir. Unitar dövlətlərin tərkibində isə muxtariyyət olmur. Naxçıvan Muxtar Respublikası müəyyən səbəblərdən istisna təşkil edirdi. Amma artıq o səbəblər aradan qaldırılmaqdadır. Azərbaycanın Zəngəzur dəhlizi məsələsində dirəniş göstərməsi Naxçıvanla Azərbaycanın faktiki birləşdirilməsi deməkdir ki, bu həyata keçirildikdən sonra muxtariyyətə ehtiyac qalmır. Prosesə ilin sonunda, yaxud növbəti ilin əvvəlində start veriləcəyi gözlənilir.

Xatırladaq ki, Naxçıvan Muxtar Sovet Sosialist Respublikası 9 fevral 1924-cü ildə yaradılmışdır. Naxçıvan MR-in Ermənistan ilə təbii sərhəddini, əsasən Zəngəzur və Dərələyəz silsiləsinin suayırıcıları, Türkiyə və İranla sərhəddini isə Araz çayı təşkil edir. Ərazisi şimal-qərbdən cənub-şərqə doğru 158 km məsafədə uzanır.
Qədim Azərbaycan torpağı olan Zəngəzurun 1920-ci ildə sovet rəhbərliyi tərəfindən Ermənistana verilməsi nəticəsində 44–45 km enində zolaq Araz çayına doğru uzanaraq, Naxçıvan Muxtar Respublikasını Azərbaycan Respublikasının qalan ərazisindən ayırmışdır. 1924-cü ildə Naxçıvan MSSR-də 3 qəza və 12 dairə təşkil olunmuş, 1925-ci ildə qəzalar ləğv edilmiş, dairələrin sayı 8-ə endirilmişdi: Baş Noraşen, Qıvraq, Tumbul, Əbrəqunis, Nərimanov, Culfa, Parağa və Ordubad dairələri. 1930-cu ilin birinci yarısında Şahbuz rayonu əlavə edilməklə ŞərurNaxçıvanCulfaOrdubad və Əbrəqunis rayonları yaradılmışdır. 1948-ci ildə Əbrəqunis rayonu Culfa rayonu ilə birləşdirildikdən sonra, Naxçıvan MSSR inzibati cəhətdən beş rayona (Naxçıvan (1978-ci ildən Babək), ŞərurŞahbuzCulfa və Ordubad) bölünmüşdür. 1990-cı il 28 avqustda Azərbaycan SSR Ali Sovetinin fərmanına əsasən Türkiyə ilə həmsərhəd bölgənin sosial-iqtisadi inkişafını daha da sürətləndirmək və gücləndirmək məqsədi ilə, həmçinin ərazinin geostrateji mövqeyi nəzərə alınaraq, Sədərək kəndi və ona məxsus ərazilər əsasında Sədərək rayonu yaradılmışdır. 2013-cü ildə Şərur rayonunun 10 kəndi hesabına Kəngərli rayonu yaradılmışdır.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button